Dələduzluqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib

Dələduzluqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib Rüfət Niftiyev özünü təqsirli bilmədiyini deyib
Hadisə
2 İyun , 2016 12:16
Dələduzluqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rüfət Niftiyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası iyunun 9-na təyin edilib.

Qeyd edək ki, R.Niftiyev vətəndaş Dursun Osmanovun 20 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi