​Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

​Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
19 May , 2016 10:53
​Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 19 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüqar Salah oğlu Piriyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Piriyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, V.Piriyev dələduzluqda təqsirli bilinərək həbs edilib. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Nizami Rayon Məhkəməsinin hökmü ilə V.Piriyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə ona 2500 manat cərimə kəsib. Hökmdən narazı qalan V.Piriyev apellyasiya şikayəti vermişdi. 

Son xəbərlər

Orphus sistemi