Yuxarı
    Bağlamaq

    Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

    O, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Qüdrət oğlu Ağayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

    "Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə S.Ağayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, S.Ağayev bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi