Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nazim Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, sonuncu prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.