Yuxarı

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

İntiqam İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib

Bakı. 11 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İntiqam Bayramovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, İntiqam İbrahimov Bakı şəhər sakininin etimadını qazanaraq onlardan külli miqdarda pul alıb. O verdiyi vədə əməl etməyib. Zərərçəkənin şikayəti əsasında İntiqam İbrahimov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2( dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi