Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Ona şərti cəza verilib
Hadisə
2 Sentyabr , 2016 11:40
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rüfət Niftiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Niftiyevə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, R.Niftiyev "OMİD" tikinti mallarının topdan satış mərkəzindən 20 min manatlıq mal götürüb və pulunu ödəməyib.

O, məhkəmədə ifadə verərək özünü təqsirli bilmədiyini deyib. Zərərçəkmiş şəxs qismində Dursun Osmanov tanınıb.

R.Niftiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilib. 

Son xəbərlər

Orphus sistemi