Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
22 Dekabr , 2016 13:01
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nazim Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə N.Orucova 3 il sınaq müddəti olmaqla şərti cəza verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, N.Orucov vətəndaşın 15 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Məhkəmə zamanı o, dəymiş ziyanı geri qaytarıb.

Son xəbərlər

Orphus sistemi