Dələduzluqda təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib

Dələduzluqda təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
20 Oktyabr , 2016 16:21
Dələduzluqda təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağrır Cinayətlər Məhkəməsində dələduluqda təqsirləndirilən Abdulxaliq Kərimovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Kərimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Kərimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi