Yuxarı

Dələduzluqda təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib

İttihama görə, Yaşar Əbdürrəhmanov Nuranə Hümbətovanı şantaj edərək 12350 manat pulunu mənimsəyib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əbdürrəhmanov Yaşarın cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçrilən prosesdə təqsirləndirilən şəxs son söz söyləyib. O, özünü təqsirli saymadığını deyib. 

Məhkəmənin hökmü ilə Y.Əbdürrəhmanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Sumqayıt Şəhər Polis İdarəsi (ŞPI) 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də Nuranə Hümbətovanın 7500 manatını və qızıl əşyalarını hədə-qorxu ilə tələb etməklə almış şəhər sakini, əvvəllər məhkum olunmuş Yaşar Əbdürrəhmanov saxlanılıb. İttihama görə, o, ümumilikdə N.Hümbətovanı şantaj edərək 12350 manat pulunu mənimsəyib.

Y.Əbdürrəhmanov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi