Dələduzluqda təqsirləndirilən sabiq prokurorun məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən sabiq prokurorun məhkəməsi başlayıb Dələduzluqda təqsirləndirilən sabiq prokuror Mirələkbər Seyidovun cinayət işi üzrə məhkəməsi başlayır.
Hadisə
23 Noyabr , 2022 16:49
Dələduzluqda təqsirləndirilən sabiq prokurorun məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən sabiq prokuror Mirələkbər Seyidovun cinayət işi üzrə məhkəməsi başlayıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Telman Hüseynovun icraatına verilib.

Qeyd edək ki, M.Seyidov Binəqədi rayon prokuroru olduğu zaman özünü həmin rayonun hakimi vəzifəsində çalışan Həsən Əliyevə geniş əlaqələrə malik şəxs kimi təqdim edib. Bununla da onu rayonlardan birinin məhkəməsinə sədr təyin olunacağına yardım edəcəyi barədə yalan vəd verib.

O, bunun müqabilində sabiq hakimdən 200 min dollar pul alıb.

Bundan başqa, Mirələkbər Seyidov daha bir tanışı Tahir Hüseynovun 70 min dollar məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

M.Seyidov qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.

Son xəbərlər

Orphus sistemi