​Dələduzluqda təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıb

​Dələduzluqda təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası aprelin 12-nə təyin edilib
Hadisə
6 Aprel , 2016 10:02
​Dələduzluqda təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Roza Abbasova barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, Roza Abbasova "Sədərək Ticarət Mərkəzi"ndə ticarətlə məşğul olub. O, birlikdə işlədiyi tanışlarının etibarından sui-istifadə edərək 143 min manat pul alıb. R.Abbasova vəd edib ki, Türkiyəyə gedərək onlara satmaq üçün mal gətirəcək. Amma R.Abbasova mal gətirməyib və tanışlarından aldığı pulu qaytarmayıb. İş üzrə 15 nəfər zərərçəkən kimi tanınıb.

O, Cinayət Məcəlləsinin 178.3.2- ci (dələduzluq, külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittham olunub.

2016-cı ilin fevral ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və onun müdafiəçiləri apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi