Dələduzluqda təqsirləndirilən qadının apellyasiya şikayətinə baxılıb

Dələduzluqda təqsirləndirilən qadının apellyasiya şikayətinə baxılıb Onun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb
Hadisə
16 Sentyabr , 2016 11:07
Dələduzluqda təqsirləndirilən qadının apellyasiya şikayətinə baxılıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnarə Fətullayevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Fətullayevanın apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökmdən müəyyən hissə dəyişdirilib. Belə ki, onun ittiham olunduğu külli miqdarda olan hissə xeyli miqdarda ilə əvəzlənib. Lakin E.Fətullayevanın 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, E.Fətullayeva şəhər sakinlərinin etimadını qazanaraq onlara qarşı külli miqdarda dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Fətullayeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi