Yuxarı

​Dələduzluqda təqsirləndirilən qadın məhkəmədən ikinci dəfə vaxt istəyib

Məhkəmənin növbəti iclası avqustun 10-na təyin edilib

Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Rafiq qızı Əhmədovanın məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.Əhmədova ziyanın ödənilməsi üçün ikinci dəfə vaxt istəyib.

Məhkəmənin növbəti iclası avqustun 10-na təyin edilib.

Qeyd edək ki, N.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. O, Rüfət Əliyev adlı şəxsə deputatın qardaşı qızı olduğunu bildirərək, onu "Kapital Bank"a filial müdiri vəzifəsinə düzəldəcəyini deyib. N.Əhmədova bunun müqabilində həmin şəxsdən 32 500 ABŞ dollar pulunu alıb.

Xatırladaq ki, N.Əhmədova 2009-cu ildə məhkumluq həyatı yaşayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi