Yuxarı
    Bağlamaq

    Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb

    Hakim İradə Həsənzadənin sədirliyi ilə keçirilən prosesdə hökm oxunub

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələzuluqda təqsirləndirilən Məlahət Tağıyevanın cinayət işi üzrə məhkəmə başa çatıb.

    "Report"un məlumatına görə, hakim İradə Həsənzadənin sədirliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə M.Tağıyeva barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq edilərək ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, həmin şəxs vətəndaşların etibarından sui-istifadə edərək külli kiqdarda dələduzluq edib. Məhkəmə dövründə zərərçəkənlərə dəymiş ziyan tam olaraq ödənilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi