143 min manatlıq dələduzluqda təqsirləndirilən qadın Ali Məhkəməyə müraciət edib

143 min manatlıq dələduzluqda təqsirləndirilən qadın Ali Məhkəməyə müraciət edib İclasda təqsirləndirilən şəxs ilkin qərardan kassasiya şikayəti verib
Hadisə
4 May , 2016 09:10
143 min manatlıq dələduzluqda təqsirləndirilən qadın Ali Məhkəməyə müraciət edib

Bakı. 4 may. REPORT. AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Roza Abbasova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs ilkin qərardan kassasiya şikayəti verib.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, R.Abbasova "Sədərək Ticarət Mərkəzi"ndə ticarətlə məşğul olub. O, birlikdə işlədiyi tanışlarının etibarından sui-istifadə edərək 143 min manat pul alıb. R.Abbasova vəd edib ki, Türkiyəyə gedərək onlara satmaq üçün mal gətirəcək. Amma R.Abbasova mal gətirməyib və tanışlarından aldığı pulu qaytarmayıb. İş üzrə 15 nəfər zərərçəkən kimi tanınıb.

O, Cinayət Məcəlləsinin 178.3.2- ci (dələduzluq, külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittham olunub.

2016-cı ilin fevral ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və onun müdafiəçiləri apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi