Yuxarı
    Bağlamaq

    Dələduzluqda təqsirləndirilən keçmiş polis rəisinin arvadının məhkəməsində zərərçəkmişlər ifadə verib

    Hakim zərərçəkmişə xəbərdarlıq edib

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    “Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə 4 zərərçəkmiş ifadə verib.

    Zərərçəkmiş Ceyhun Tağıyev həyat yoldaşını işə düzəltmək üçün L.Əkbərovaya 9 min manat verdiyini bildirib.

    L.Əkbərova isə hakimin suallarını cavablandırıb. O, C.Tağıyevdən pul almadığını deyib: “Həmin şəxsdən pul almamışam".

    Zərəçəkmiş Leyla Cəfərova dindirilərkən L.Əkbərovanı qohumu Anarə Məmmədova vasitəsi ilə tanıdığını vurğulayıb. O ifadəsinə bildirib ki, A.Məmmədova onun bacısı qızıdır: "Bacım qızı Anarəgilə gələndə Leyla ilə görüşdüm. O, məni işə düzəldə biləcəyini qeyd etdi. Rayonda müəllimə işləyirəm. Növbəti görüşümüzdə isə mənə təqaüd düzəldə biləcəyini dedi. Bunun 3 min manata başa gəldiyini bildirdi. Pulu Anarəyə verdim. İndi pulumu qaytarmasını tələb edirəm”.

    Hakim L.Cəfərovaya xəbərdarlıq edib və onun özünün də cinayət əməlinə əl atdığını deyib: "Siz 62 yaşına çatmamasınız. Lakin qanunsuz yolla təqaüdə çıxıb, dövlətin pulunu mənimsəmək istəmisiniz. Bunun özü də cinayətdir".

    Zərərçəkmiş Aynur Cəfərova da bildirib ki, L.Əkbərova anasına pensiya düzəltmək adı ilə ondan 3 min manat alıb.

    Qeyd edək ki, L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilib. O, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimdəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi