Dələduzluqda ittiham olunan şəxs məhkəmə zalında həbs edilib

Dələduzluqda ittiham olunan şəxs məhkəmə zalında həbs edilib Hazırlıq iclası keçirilib
Hadisə
15 Mart , 2016 11:40
Dələduzluqda ittiham olunan şəxs məhkəmə zalında həbs edilib

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zəfər Sofiyevin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Z.Sofiyevin barəsində heç yerə getməməklə bağlı iltizam dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Z.Sofiyev Bakı şəhər sakinlərinin etimadını qazanaraq onlara qarşı dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi