Dələduzluq etməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb
Hadisə
- 13 dekabr, 2022
- 05:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Özünü yüksək vəzifəli şəxsin qohumu kimi təqdim edərək dələduzluqda təqsirləndirilən Əsəd Əsədovun ibtidai istintaqı yekunlaşıb.
"Report" xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Dadaş İmanovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası dekabrın 28-nə təyin edilib.
Qeyd edək ki, Ə.Əsədov Gəncə şəhərində bir neçə sakinlərin etibarından sui-istifadə edərək əmlakını və pulunu dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra o, Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ittiham olunub.
Son xəbərlər
14:34
Almaniya DİN ölkədəki iğtişaşlara görə solçu radikalları və ekstremistləri təqsirləndirib
Digər ölkələr
14:23
Zelenski: Ukrayna Krım da daxil olmaqla, öz torpaqlarından imtina etməyəcək
Digər ölkələr
14:08
"CNN Türk": Zelenski Putinlə Türkiyədə görüşə hazırdır
Digər ölkələr
14:07
Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur
Media
14:03
İradə Hüseynova: Gənclərin milli ruhda tərbiyə olunması hər birimizin qarşısında duran mühüm vəzifədir
Daxili siyasət
13:55
Hindistanda MSK rəhbərinin istefası tələbi ilə etiraz aksiyaları keçirilir
Digər ölkələr
13:46
Foto
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
Fərdi
13:36
Foto
XİN-in əməkdaşları "Qələbə qaçışı"nda iştirak ediblər
Fərdi
13:16
Foto
Azərbaycanın Bolqarıstandakı Səfirliyində Ümumdünya Şəhərlər Günü münasibətilə tədbir keçirilib
Xarici siyasət