İran vətəndaşına qarşı dələduzluq edən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib

İran vətəndaşına qarşı dələduzluq edən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
7 İyun , 2019 15:11
İran vətəndaşına qarşı dələduzluq edən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

"Report"un xəbərinə görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Hüseynov 6 il azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, T.Hüseynov tanışı, İran vətəndaşı Aslani Heidarabad Jafar Hamidin etibarından sui-istifadə edərək ona qarşı 52 min manatlıq dələduzluq edib.

İttihamda qeyd edilir ki, H.Aslani Azərbaycandan T.Hüseynovun adına avtomobil alıb ölkəsinə aparmaq istəyib. O, İranda isə avtomobili öz adına keçirmək niyyətində olub. Lakin sərhəddə onlara İranda bununla bağlı problem yaranacağını deyiblər. Sonradan T.Hüseynov maşınla Bakıya qayıdıb, H.Aslani isə ölkəsinə gedib.

Bir müddətdən sonra H.Aslani Azərbaycana gəlib T.Hüseynovdan avtomobilini tələb edib. T.Hüseynov isə maşını satdığını, borclarına verdiyini söyləyib.

H.Aslaninin Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan T.Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi