Dələduzluqda təqsirləndirilən Ülkər Hqverdiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Elməddin Hüseynovun icraatına verilən iş üzrə hazırlıq iclası avqustun 28-nə təyin edilib.
Qeyd edək ki, 33 yaşlı Ü.Haqverdiyevaya Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham verilib. O, Zəhra Şəfiyevaya qarşı dələduzluq etməkdə təqsirləndirilir.
Xatırladaq ki, Ü.Haqverdiyeva istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib və ötən ay Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.