"DekaBank"ın sabiq rəhbərinin məhkəməsində Mərkəzi Bankın məktubu elan olunub

"DekaBank"ın sabiq rəhbərinin məhkəməsində Mərkəzi Bankın məktubu elan olunub Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş DekaBank Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və DekaBankın Maliyyə departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
25 Aprel , 2018 15:47
DekaBankın sabiq rəhbərinin məhkəməsində Mərkəzi Bankın məktubu elan olunub

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və "DekaBank"ın Maliyyə departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Mərkəzi Bankın müxbir hesabından çıxarışla əlaqədar sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı sorğuya cavab gəldiyi bildirilib.

Mərkəzi Bankın məktubu məhkəmədə elan olunub. Qeyd edilib ki, hazırda "DekaBank" ləğvetmə prosesində olduğu üçün, bütün sorğular Əmanətlərin Siğortalanması Fonduna ünvanlanmalıdır.

Məhkəmədə elan olunub ki, müxbir hesabından çıxarışla əlaqədar olaraq, "DekaBank"a da sorğu göndəriləcək.

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

"DekaBank" ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.

Son xəbərlər

Orphus sistemi