"DekaBank"ın sabiq rəhbərinin məhkəmə istintaqı başa çatıb

"DekaBank"ın sabiq rəhbərinin məhkəmə istintaqı başa çatıb Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş DekaBank Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və DekaBankın Maliyyə Departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
2 İyul , 2018 11:50
DekaBankın sabiq rəhbərinin məhkəmə istintaqı başa çatıb
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və "DekaBank"ın Maliyyə Departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Məhkəmə-Mühasibatlıq Ekspertizasının rəyi elan olunub.

"DekaBank"ın nümayəndəsi ekperiza rəyi ilə tam tanış olmadığını deyib və bunun üçün məhkəmədən vaxt istəyib.

Daha sonra bankın nümayəndəsi vəsatət qaldırıb. O, Məhkəmə-Mühasibatlıq Ekspertizası ilə bağll rəy verən ekpertin məhkəmədə dindirilməsini tələb edib.

Vəsatət təmin edilməyib.

Bankın nümayəndəsi daha bir vəsatət qaldırıb. O, yenidən Məhkəmə-Mühasibatlıq Ekspertizasının keçirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə istintaqının tamamlandığı elan olunub.

Dövlət ittihamçısı isə çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 5-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

"DekaBank" ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.

N.Vəliyevin barəsində həbs qətimkan tədbiri seçilib, B.Hüseynovun barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi