Bakı. 13 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı-Qəbələ yolunun 8-ci kilometrliyində “GRAND-TİGER” və “QAZEL” markalı 2 minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
"Report" Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə “GRAND-TİGER” markalı minik avtomobilində olan 1 nəfər sərnişin xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
Əməliyyat saat 20:40-da başa çatıb.