DÇ-2018: İtaliya ilk "play-off" matçında İsveçə məğlub olub

DÇ-2018: İtaliya ilk "play-off" matçında İsveçə məğlub olub Səfərdə keçən görüş 0:1 hesabı ilə başa çatıb
Hadisə
11 Noyabr , 2017 01:42
DÇ-2018: İtaliya ilk play-off matçında İsveçə məğlub olub

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Avropa zonasında 2018-ci il dünya çempionatının "play-off" mərhələsinin növbəti matçı keçirilib.

"Report"un məlumatına görə, 4 qat dünya çempionu İtaliya millisi İsveçin qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 61-ci dəqiqədə Yakob Yohansson vurub. Bu komandalar arasında cavab oyunu noyabrın 13-də olacaq.

DÇ-2018. "Play-off", birinci matç

23:45. İsveç – İtaliya 1:0

Qol: Yakob Yohanson, 62

"Play-off" mərhələsinin əvvəlki iki oyununda Xorvatiya evdə Yunanıstanı darmadağın edib - 4:1. İsveçrə isə səfərdə Şimali İrlandiyanı 1:0 hesabı ilə yenib. Son oyun bu gün Danimarka ilə İrlandiya arasında olacaq. Cavab görüşləri isə 12 - 14 noyabrda təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi