Dayısı oğlunu bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb

Dayısı oğlunu bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
24 Fevral , 2017 11:42
Dayısı oğlunu bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sadiq Gülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Gülməmmədov barəsində 1 il 6 aylıq sınaq müddəti təyin edilməklə ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə ötən il Bakıda baş verib. S.Gülməmmədov aralarında yaranan münaqişə zəminində dayısı oğlunu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Onun barəsində həbs qətimkan tədbiri seçilib və S.Gülməmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi