Azərbaycan hərbçisi Ağdamda minaya düşüb - YENİLƏNİB-2

Azərbaycan hərbçisi Ağdamda minaya düşüb - YENİLƏNİB-2 Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb.
Hadisə
27 May , 2022 14:16
Azərbaycan hərbçisi Ağdamda minaya düşüb - YENİLƏNİB-2

Mayın 27-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, əsgər Ömərov Seyidağa Mirzağa oğlunun həmin gün Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, daxil olan məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Ağdam Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

12.44

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarovun minaya düşməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

12.21

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb. Daha sonra yaralı hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi