Daxili işlər orqanlarında yeni təyinat olub

Daxili işlər orqanlarında yeni təyinat olub Daxili işlər naziri Ramil Usubov bununla bağlı əmr imzalayıb
Hadisə
16 Noyabr , 2016 20:13
Daxili işlər orqanlarında yeni təyinat olub

Bakı. 16 noyabr. REPORT.AZ/ Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Şahdağ Bölməsinə yeni rəis təyinatı olub. 

"Report"un məlumatına görə, Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb. 

Əmrə əsasən, bu posta Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı Qərargahının inspektoru, polis kapitanı Səbuhi Rüstəmov təyin edilib. 

Son xəbərlər

Orphus sistemi