Daxili işlər nazirinin Bərdədə keçiriləcəyi sıra baxışının vaxtı dəyişdirilib
Hadisə
- 25 may, 2016
- 07:26
Bakı. 25 may. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Bərdədə keçirəcəyi sıra baxışının vaxtı dəyişdirilib.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirin mayın 27-də Bərdə Rayon Polis Şöbəsində nəzərdə tutulan sıra baxışının vaxtı dəyişdirilərək iyun ayının 2-nə keçirilib.
Qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, eyni zamanda, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Prezidentin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə gənclərin qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək.
Son xəbərlər
09:02
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir matç baş tutacaq
Komanda09:01
Qazaxıstanda süni intellekt məzmununun nişanlanması tətbiq edilib
Region08:42
Şamaxıda 3,8 maqnitudalı zəlzələ baş verib
Hadisə08:32
Cənubi Koreya "Hyunmoo-5" ballistik raketlərinin yerləşdirilməsinə başlayıb
Digər ölkələr08:04
İstanbulda mikroavtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb
Region07:37
Rusiyanın İrkutsk vilayətindəki ticarət mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB
Digər ölkələr07:13
Qvardiola yayda "Mançester Siti"dən ayrıla bilər
Futbol06:40
Filippindəki tullantı poliqonunda baş verən uçqunda itkin düşən sonuncu şəxsin meyiti tapılıb
Digər ölkələr06:12