Yuxarı

​Daxili İşlər Nazirliyində yeni baş idarə yaradılıb

İdarələrdən biri isə ləğv edilib

Bakı. 11 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyində (DİN) yeni baş idarə yaradılıb.

“Report”un xəbərinə görə, bununla bağlı müddəa Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərmanda yer alıb.

Sənədə əsasən, DİN-də Maddi-Texniki Təminat Baş İdarəsi yaradılıb.

Əvəzində, DİN-in Əsaslı Tikinti İdarəsi ləğv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi