Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib Bakı. 12 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
Hadisə
12 İyun , 2018 17:36
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, DİN nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər.

Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, "Təhlükəsiz şəhər" kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.

Son xəbərlər

Orphus sistemi