Daşkəsənə yağan güclü dolu əkin sahələrinə ziyan vurub

Daşkəsənə yağan güclü dolu əkin sahələrinə ziyan vurub Dolu nəticəsində meyvə ağaclarına da ziyan dəyib
Hadisə
4 İyun , 2016 20:53
Daşkəsənə yağan güclü dolu əkin sahələrinə ziyan vurub

Daşkəsən. 4 iyun. REPORT.AZ/ Axşam saatlarında Daşkəsən rayonuna yağan leysan yağış sonradan doluya çevrilib.

"Report" xəbər verir ki, dolu rayonun Yuxarı Daşkəsən və Mədənçilər qəsəbəsində əkin sahələrinə ziyan vurub.
Diametri 20-25 mm. olan dolu nəticəsində meyvə ağaclarına da ziyan dəyib.

Hazırda rayonda yağış kəssə də, hava tutqundur və yenə yağıntı olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi