Daşkəsəndə yol qaydalarını pozan 12 sürücü məsuliyyətə cəlb olunub

Daşkəsəndə yol qaydalarını pozan 12 sürücü məsuliyyətə cəlb olunub Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.
Hadisə
20 Avqust , 2021 20:02
Daşkəsəndə yol qaydalarını pozan 12 sürücü məsuliyyətə cəlb olunub
0 : 00
0 : 00

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan 12 sürücü barəsində inzibati protokollar tərtib olunub

Son xəbərlər

Orphus sistemi