Daşkəsəndə taksi ər və arvadı vurub

Daşkəsəndə taksi ər və arvadı vurub Daşkəsən. 30 iyul. REPORT.AZ/ Daşkəsəndə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib."Report"un Qərb bürosunun məlumat...
Hadisə
30 İyul , 2017 10:42
Daşkəsəndə taksi ər və arvadı vurub

Daşkəsən. 30 iyul. REPORT.AZ/ Daşkəsəndə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Daşkəsən şəhərində, avtovağzalın yaxınlığında baş verib. Rayon ərazisində taksi kimi fəaliyyət göstərən "VAZ-2106" markalı avtomobil nasazlığı səbəbindən idarəetmədən çıxaraq yol kənarında dayanan, hələki kimlikləri məlum olmayan ər və arvadı vurub. Nəticədə kişi yüngül qadın isə ağır xəsarət alıb. Hər iki yaralı xəstəxanaya aparılıb. Mübariz adlı taksi sürücüsü isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi