Daşkəsəndə qonşular arasında dava düşüb, xəsarət alanlar var

Daşkəsəndə qonşular arasında dava düşüb, xəsarət alanlar var Daşkəsən. 19 dekabr. REPORT.AZ/ Daşkəsən rayonunda qonşular arasında dava düşüb.
Hadisə
19 Dekabr , 2017 18:31
Daşkəsəndə qonşular arasında dava düşüb, xəsarət alanlar var

Daşkəsən. 19 dekabr. REPORT.AZ/ Daşkəsən rayonunda qonşular arasında dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qabaqtəpə kəndində baş verib. 

Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ayaz Məhərrəm oğlu Əliyevlə onun qonşusu, 1937-ci il təvəllüdlü İsmayıl Əli oğlu Məmmərov arasında mübahisə yaranıb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Onlar bir-birilərinə qarşı müxtəlif küt alətlərdən istifadə ediblər. Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi