Daşkəsəndə qaydaları pozan sürücülər cərimələndi

Daşkəsəndə qaydaları pozan sürücülər cərimələndi Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi, həmçinin pandemiya qaydaları ilə əlaqədar reyd keçiriblər
Hadisə
23 Aprel , 2021 00:35
Daşkəsəndə qaydaları pozan sürücülər cərimələndi

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi, həmçinin pandemiya qaydaları ilə əlaqədar reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, rayonun müxtəlif ərazilərində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Son xəbərlər

Orphus sistemi