Daşkəsəndə leysan yağışlar fəsadlar törədib
Hadisə
- 20 iyun, 2023
- 16:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bir sıra fəsadlar yaranıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonu ərazisinə yağan güclü yağışlar Daşkəsən şəhərində yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub.
Dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Sel suları Daşkəsən şəhərində bir fərdi yaşayış evini tam qəzalı vəziyyətə salıb. Evin sakinləri müvəqqəti olaraq oradan köçürülüb.
Dəymiş ziyanların aidiyyəti yerli qurumlarla tərəfindən aradan qaldırılması işləri davam etdirilir.
Son xəbərlər
06:03
ABŞ hərbçiləri İrana müddəti bitmiş raketlər atıb
Digər ölkələr
05:49
Rumıniyada güclü zəlzələ baş verib.
Digər ölkələr
05:41
Polşalı F-35 pilotlarına ABŞ-nin nüvə bombalarından istifadə qaydaları öyrədiləcək
Digər ölkələr
05:16
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
Energetika
04:50
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
Digər ölkələr
04:05
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
İKT
03:47
Özbəkistanda Cizzax AES-in tikintisinə bu il başlanacaq
Region
03:15
Müxalifətin namizədi İsrail Knessetinin spikeri seçilib
Digər ölkələr
02:33
Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Futbol