Daşkəsən rayonunda aşkarlanan meyitin şəxsiyyəti məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, Şəmkir rayon sakini, 1962-ci il təvəllüdlü Qurban Oruc oğlu Abdullayevdir.
Onun baş nahiyəsindən küt ailətlə ağır xəsarət alaraq öldüyü bildirilir.
Q.Abdullayevin meyiti Bayan kəndi ərazisində, dəmir yolu yaxınlığında aşkarlanıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.
***23:25
Daşkəsən rayonunda kişi meyiti aşkarlanıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Bayan kəndi ərazisində, dəmir yolu yaxınlığında orta yaşlı kişi meyiti tapılıb. Onun üzərində xəsarətlərin olduğu bildirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun ölüm səbəbi və şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.