Daşkəsəndə aşkarlanan meyitin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Daşkəsəndə aşkarlanan meyitin şəxsiyyəti məlum olub - YENİLƏNİB Daşkəsən rayonunda aşkarlanan meyitin şəxsiyyəti məlum olub.
Hadisə
21 Dekabr , 2019 23:48
Daşkəsəndə aşkarlanan meyitin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Daşkəsən rayonunda aşkarlanan meyitin şəxsiyyəti məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, Şəmkir rayon sakini, 1962-ci il təvəllüdlü Qurban Oruc oğlu Abdullayevdir. 

Onun baş nahiyəsindən küt ailətlə ağır xəsarət alaraq öldüyü bildirilir. 

Q.Abdullayevin meyiti Bayan kəndi ərazisində, dəmir yolu yaxınlığında aşkarlanıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb.


***23:25

Daşkəsən rayonunda kişi meyiti aşkarlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Bayan kəndi ərazisində, dəmir yolu yaxınlığında orta yaşlı kişi meyiti tapılıb. Onun üzərində xəsarətlərin olduğu bildirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun ölüm səbəbi və şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi