Daşkəsəndə beşinci arvadını və 20 günlük körpəsini öldürən şəxs tutulub - YENİLƏNİB-3

Daşkəsəndə beşinci arvadını və 20 günlük körpəsini öldürən şəxs tutulub - YENİLƏNİB-3 Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
21 İyun , 2017 17:00
Daşkəsəndə beşinci arvadını və 20 günlük körpəsini öldürən şəxs tutulub - YENİLƏNİB-3

Daşkəsən. 21 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda beşinci arvadını və 20 günlük körpəsini öldürən şəxs tutulub.

"Report"un  Qərb bürosunun məlumatına görə, rayonun Şahvələdli kənd sakini, 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov hüququ mühafizə orqanları tərəfindən saxlanılıb. 

Rayon Prokurorluğundan "Report"un yerli bürosuna bildirilib ki, R.Məmmədov rayonun  Bayan kəndi ərazisində saxlanılıb. 

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda cinayət işi başlanılıb.


***13:23

Daşkəsən rayonunun Şahvələdli kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonda çobanlıqla məşğul olan 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə çomaqla vuraraq öldürüb.

Onun yaxınlarının "Report"un yerli bürosuna verdiyi məlumata görə, K.Məmmədova R.Məmmədovun beşinci arvadı olub. Bundan öncə R.Məmmədov dördüncü arvadı 1983-cü il təvəllüdlü İnci Cəbrayıl qızı Vəliyevanı çomaqla döyüb. Yaralı ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilib. R.Məmmədov isə həbs edilib. İki il bundan qabaq həbsdən çıxan R.Məmmədov K.Məmmədova ilə ailə həyatı qurub və onların 20 gün bundan əvvəl körpəsi dünyaya gəlib. 

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisəni törədən R.Məmmədovun axtarışları davam edir.


***12:31

Daşkəsən. 21 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda kişi arvadını və 20 günlük körpəsini öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Şahvələdli kənd sakini Rafiq Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə qətlə yetirib.

R.Məmmədov hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 


***12:24

Daşkəsən. 21 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda kişi arvadını və azyaşlı körpəsini öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Şahvələdli kəndində baş verib.

İlkin məlumatlara görə, həmin kəndin sakini ailə münaqişəsi zəminində arvadının və azyaşlı uşağının boğazını kəsərək onları qətlə yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi