Daşkəsəndə həmyerlisinə balta ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Daşkəsəndə həmyerlisinə balta ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb Daşkəsən rayon Astaf kəndində içki məclisində düşən mübahisə zamanı həmyerlisinin başına balta ilə vuraraq ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
5 Avqust , 2021 09:20
Daşkəsəndə həmyerlisinə balta ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Daşkəsən rayon Astaf kəndində içki məclisində düşən mübahisə zamanı həmyerlisinin başına balta ilə vuraraq ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Astaf kənd sakini, 1981-ci il təvəllüdlü Abdullayev Eldəniz Həsən oğluna balta ilə xəsarət yetirməkdə şübhəli bilinən, 1980-ci il təvəllüdlü Feyruz Müslüm oğlu Orucov polis əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, F Orucov hadisə yerindən qaçmışdı. E.Abdullayevin müalicəsi isə Gəncə şəhərində yerləşən xəstəxanaların birində davam edir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi