Daşkəsəndə güclü külək meşə yanğınının söndürülməsini çətinləşdirir - YENİLƏNİB

Daşkəsəndə güclü külək meşə yanğınının söndürülməsini çətinləşdirir - YENİLƏNİB Yaxınlıqda yaşayan insanlar alovun evlərə keçməsindən narahatdırlar
Hadisə
30 Oktyabr , 2017 21:26
Daşkəsəndə güclü külək meşə yanğınının söndürülməsini çətinləşdirir - YENİLƏNİB
REPORT

Daşkəsən. 30 oktyabr. REPORT.AZ/ Daşkəsənin Dəstəfur kəndində başlayan meşə yanğını güclü külək səbəbindən daha da genişlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğının baş verdiyi meşə zolağı ilə kəndin yaşayış massivi arasında təxminən 2.3 kilometrlik məsafə olduğundan sakinlər alovun evlərə keçməsindən ehtiyat edirlər.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və briqadası cəlb olunub. Kəndə verilən elektrik enerjisi dayandırılıb. Yanğının söndürülməsində kənd sakinləri və polis əməkdaşları da iştirak edir.

İlkin məlumatlara görə, yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb.


***20:23

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün axşam saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. 

Onun sözlərinə görə, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub. 

Güclü və isti külək olmasına baxmayaraq, hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi