Daşkəsəndə baş vermiş yol qəzasında YAP-ın təşkilat sədri və DSMF-nin yerli şöbəsinin müdiri ağır xəsarət alıb

Daşkəsəndə baş vermiş yol qəzasında YAP-ın təşkilat sədri və DSMF-nin yerli şöbəsinin müdiri ağır xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 İyun , 2017 17:40
Daşkəsəndə baş vermiş yol qəzasında YAP-ın təşkilat sədri və DSMF-nin yerli şöbəsinin müdiri ağır xəsarət alıb

Daşkəsən. 18 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində baş verib.

Belə ki, "Hundai sonata" markalı avtomobillə "Niva" markalı avtomobilın toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan sərnişinlər və sürücü xəsarət alıb. Qeyd edək ki, yaralılardan biri, Daşkəsən rayon sakini, DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğludur. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı xəsarət almış digər yaralı isə "Niva" markalı avtomobildə olmuş YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğludur. Hadisə zamanı onun həyat yoldaşı, gəlini və nəvələri də nəqliyyat vasitəsində imiş.

Yaralılardan ikisi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, biri isə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alanlardan biri koma vəziyyətindədir. Qəzanın F. Cəfərlinin sükan arxasında olarkən ürək tutmasından baş verdiyi bildirilir. F.Cəfərlinin səhhətində problem olduğundan o, bu yaxınlarda ürək əməliyyatı keçirib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi