Yuxarı
    Bağlamaq

    Daşkəsəndə baş verən güclü qasırğa səbəbindən şəhər işıqsız qalıb

    Bəzi yaşayış evlərinin, binaların dam örtüyü dağılıb

    Daşkəsən. 26 avqust. REPORT.AZ / Güclü yağışla müşahidə olunan qasırğa zamanı elektrik naqilləri qırılıb, bəzi binaların dam örtükləri dağılıb.

    "Report"un Qərb bürosunun məlumatına görə, saat 20 radələrindən başlayaraq güclü leysan yağışla müşahidə olunan qasırğa səbəbindən elektrik naqilləri sıradan çıxıb, bəzi yaşayış evlərinin, binaların dam örtüyü uçub. Şəhərə elektrik enerjisinin verilişi dayandırılıb. 

    Qasırğa avtomobillərin hərəkətini də məhdudlaşdırıb. 

    Hazırda yağışlı və küləkli hava şəraiti davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi