​Daşkəsəndə azyaşlının əli ətçəkən maşınında qalıb

​Daşkəsəndə azyaşlının əli ətçəkən maşınında qalıb FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib
Hadisə
8 İyun , 2015 02:30
​Daşkəsəndə azyaşlının əli ətçəkən maşınında qalıb

Bakı. 8 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşınında qalıb.

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, xəsarət alan azyaşlı Gəncə şəhəri, Kəpəz rayonundakı xəstəxanaya gətirilib və bu haqda Gəncə Regional Mərkəzinə məlumat verilib.

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib və köməksiz vəziyyətdə qalmış azyaşlının əlini ətçəkən məişət avadanlığından çıxarıb və onu aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi