Daşkəsəndə avtomobil aşıb, xəsarət alanlar var

Daşkəsəndə avtomobil aşıb, xəsarət alanlar var Daşkəsən rayonunda idarəetmədən çıxan minik avtomobili aşıb.
Hadisə
13 Oktyabr , 2022 22:06
Daşkəsəndə avtomobil aşıb, xəsarət alanlar var

Daşkəsən rayonunda idarəetmədən çıxan minik avtomobili aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Təzəkənd kəndində baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb. Onlardan biri - Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü S.Abbasovun ayağı sınıb.

Digər 2 nəfər - 1996-cı il təvəllüdlü R.Abbasova və 2000-ci il təvəllüdlü C.Abbasov isə yüngül xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzaya düşənlər bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi