Daşkəsəndə avtomobil aşıb, xəsarət alanlar var 

Daşkəsəndə avtomobil aşıb, xəsarət alanlar var  Daşkəsən rayonunda minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb, xəsarət alanlar var.
Hadisə
13 Oktyabr , 2022 02:15
Daşkəsəndə avtomobil aşıb, xəsarət alanlar var 

Daşkəsən rayonunda minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Daşkəsən-Əmirvar yolunda qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 2003-cü il təvəllüdlü X.Bağırov və avtomobildə olan daha bir neçə nəfər xəsarət alıb.

X.Bağırovun xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Digərlərinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi