Daşkəsəndə avtobus qəzası nəticəsində yaralananların sayı 6 nəfərə çatıb - YENİLƏNİB

Daşkəsəndə avtobus qəzası nəticəsində yaralananların sayı 6 nəfərə çatıb - YENİLƏNİB Onlardan ikisi uşaqdır
Hadisə
30 Aprel , 2018 22:43
Daşkəsəndə avtobus qəzası nəticəsində yaralananların sayı 6 nəfərə çatıb - YENİLƏNİB

Daşkəsən. 30 aprel. REPORT.AZ/ Daşkəsən-Gəncə yolunda sərnişin mikroavtobusunun "VAZ-2106" markalı avtomobil ilə toqquşması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, onlardan biri 11 yaşlı qız, digəri isə 6 yaşlı oğlan uşağıdır.

Qəza zamanı xəsarət alan 1965-ci il təvəllüdlü Verdiyeva Zərqələm, Əliyev Çapay (1957), Allahverdiyev Zahid (1964) və Qurbanov Elşən (1967) Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, adları hələ ki, məlum olmayan iki azyaşlı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan 3 nəfərdən biri yüngül xəsarət alıb. Ona hadisə yerində ambulator yardım göstərilib.


***21:13

Daşkəsən. 30 aprel. REPORT.AZ/ Daşkəsən rayonunda sərnişin mikroavtobusu qəzaya uğrayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, mikroavtobus Daşkəsən-Gəncə yolunun 18 km-də "VAZ-2106" markalı avtomobillə toqquşub.

Nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi