Daşkəsəndə 63 yaşlı kişini avtomobil vurub

Daşkəsəndə 63 yaşlı kişini avtomobil vurub Daşkəsən rayonunda 63 yaşlı piyadanı avtomobil vurub.
Hadisə
21 Yanvar , 2020 12:15
Daşkəsəndə 63 yaşlı kişini avtomobil vurub

Daşkəsən rayonunda 63 yaşlı piyadanı avtomobil vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini, 1957-ci il təvəllüdlü Hekayət Cəfərov yolu qarşı tərəfə keçmək istəyən zaman "Nissan X-Trail" markalı avtomobil onu vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi