Daşkəsəndə 40 yaşlı kişi başından balta ilə xəsarət alıb

Daşkəsəndə 40 yaşlı kişi başından balta ilə xəsarət alıb Daşkəsən rayonunun Astaf kəndində içki məclisi qanlı hadisə ilə nəticələnib.
Hadisə
4 Avqust , 2021 21:54
Daşkəsəndə 40 yaşlı kişi başından balta ilə xəsarət alıb
0 : 00
0 : 00

Daşkəsən rayonunun Astaf kəndində içki məclisi qanlı hadisə ilə nəticələnib.

"Report"un məlumatına görə, 1981-ci il təvəllüdlü Eldəniz Həsən oğlu Abdullayev içki məclisində baş verən dava zamanı başından balta ilə xəsarət alıb. O, ağır vəziyyətdə Gəncə şəhərinin xəstəxanalarının birinə aparılıb.

İlkin məlumatlara görə, E.Abdullayevə həmyerlisi xəsarət yetirib. Hazırda polis əməkdaşları onun saxlanılaraq istintaqa cəlb edilməsi üçün əməliyyat tədbirləri görür.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi