Daşkəsəndə 21 yaşlı oğlan itkin düşüb

Hadisə
  • 08 fevral, 2022
  • 05:51
Daşkəsəndə 21 yaşlı oğlan itkin düşüb

Daşkəsən rayonunda 21 yaşlı oğlan itkin düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə fevralın 6-da Daşkəsən şəhəri, Nizami küçəsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Babamir Cəfərzadə yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Daşkəsən Rayon Polis şöbəsində araşdırma aparılır.